Xan Lənkəran" Antalya təlim-məşq toplanışını başa vurub.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda bu gün axşam saatlarında vətənə qayıdacaq. Ancaq klub tam heyətlə dönmür.
"Xan Lənkəran" təlim-məşq toplanışını bitirdikdən sonra komanda heyətinin bir neçə üzvünün COVID-19 analizinin nəticəsi pozitiv çıxıb. Ümumilikdə 10 nəfərdə bu hal qeydə alınıb. Sözügedən şəxslər komandanın vitse-prezidenti Rəhman Abbasov, baş məşqçi İbrahim Uzunca, mətbuat xidmətinin rəhbəri Famil Məmmədov, həkim Elşən Əkbərov, qida sektoruna nəzarətçi Anar Əzimov, futbolçular Orxan Sadıxlı, Kamran Abdullazadə, Cavidan İzzətli, Vadim Kərimov və Vüqar Rəhimovdu. Bu səbəbdən onlar qonşu ölkədə karantində qalmalıdılar.
30 nəfərlik heyətdən 20 nəfər isə Azərbaycana qayıdır. Virusa yoluxanların vəziyyətinin yaxşı olduğu bildirilir.

"Xan Lənkəran" Türkiyədə problemlə üzləşdi
şç
Oxşar xəbərlər
Digər Xəbərlər
"Şirvan" və "Qaradağ Lökbatan" qələbə qazandı, "Zəngəzur"dan heç-heçə - II Liqa
Digər Xəbərlər
"Ağstafa Gəncləri" və "Marafon"dan qələbə II Liqa
Digər Xəbərlər
"Sabah" "Neftçi"ni məğlub etdi
Digər Xəbərlər
Əliyar Ağayev Millətlər Liqası oyununa təyinat aldı
Digər Xəbərlər
Salah ölkəsinin bombardiri oldu
Digər Xəbərlər
"Sabah"ın basketbolçusu ÇL-də həftənin ən yaxşısı seçildi
Digər Xəbərlər
AFFA Ermənistan - Kipr oyununda baş verən insidentlə bağlı UEFA-ya rəsmi etirazını bildirdi
Digər Xəbərlər
