"Neftçi" Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində doğma meydanda "Qarabağ"a 1:2 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Gərgin və maraqlı oyun keçdi. Meydanda uduzmaq istəməyən iki komanda var idi. Udmaq istədiyimiz oyun idi. Əfsuslar olsun ki, uda bilmədik. Etdiyimiz səhvləri bizə bağışlamadılar. Meydanda uşaqların göstərdiyi əzmkarlıq var idi. Bu da başlanğıcdı ki, gələcəyə ümid verir. Daha yaxşı oyun göstərə biləcəyik. “Sabah”la oyunda meydana çıxanda fikirləşdik ki, oyunçu baxımından keyfiyyətimiz var. Amma göründü ki, bununla iş düzəlmir. Ruhu da meydanda qoymalısan. Sonda heç-heçə oldu və kubokda işimizi əngələ saldıq. Əvvəlki oyunlardakı qələbə istəyini göstərsək, daha yaxşı “Neftçi” görəcəyik.
- “Qarabağ”la xal fərqi çoxaldı. Demək olar ki, çempionluq möcüzə olacaq?
- Bu sual bundan sonra da veriləcək. Bugünkü durumda özünüzü yerimə qoyun, nəsə demək çətindi. Reallığı qəbul etsək, çətindi, bəlkə də mümkünsüzə yaxındı. “Neftçi”nin baş məşqçisi kimi bunu deməyimi düz anlamayacaqlar. Hər oyuna qalib ruhu ilə çıxacağıq.
- İki oyunda qələbə yoxdu. Bundan sonra uğursuzluqlar olsa, nə deyəcəksiz?
- Yay transferlərinin uğursuz olduğunu düşünmürəm. 1-2 transfer gəlir, alınmır. Bu gün “Neftçi”nin üzərində dayanırsız. Amma bu şeylər digər komandalarda olur. İstəyirsiz, deyim adlarını. Uğursuz transferlər olduğunu düşünmürəm. Ən üzüldüyüm və heyfsləndiyim, Roman Baskın getməyi idi. Bizə indi hava-su kimi lazımdı. Həyat belə gətirdi. Biz göndərmədik, gedəsi oldu. Biz göndərdiyimiz Harramiz, Korreadı. Bundan sonra nə deyəcəm? Oynamalıyıq. Uğursuz olsaq nə baş verəcək? Bu suallar rəhbərliyədi. Onlar nə qərar versə, olacaq. “Sabah”la oyundan sonra dedim ki, vaxt lazımdı. Özümə vaxt istəmirəm. Azərbaycan futbolunun içində sizin kimi insanam. Burada baş məşqçi vaxtdan danışa bilməz. Sabah nə baş verəcəksə, məqşçinin xəbəri yoxdu. Vaxt dediyim, yeni gələn futbolçulardı, adaptasiyasıdı. Fiziki durum və əzminə görə, meydançanın içində ən yaxşısı Pato idi. “Qarabağ”a qarşı tələb o idisə, onu da etdi. Digər oyunçulara da vaxt lazımdı. Dəyişikliklər çoxdu.
- Xəyal Nəcəfov “Neftçi” üçün effektlidi?
- Xəyal bu gün yetərincə yaxşı idi.
- Harramiz Soareş barədə fikriniz necədi?
- O, bizim uğursuz transferlərdəndi. Oyunçu komandamdırdısa, ona uğursuz transfer deyə bilmərəm axı. Oxuyacaq.
- Yusuf Laval ötən ilə nisbətən sürəti daha aşağıdı?
- Qışdan sonra başqa sistemlə oynayırıq. Yusuf Lavala diqqət daha da artıb. Laval indi başqa oyuna əl atmalıdı ki, meydanda problemlər yaşamasın. Fikirləşmirəm ki, sürəti düşüb. Laval ən önəmli oyunçularımızdan biridi. Ona xaricdən də diqqətlər çoxdu. Ən yaxşı oyunçularımızdandı.
- Azər Əliyevə daha çox vaxt verəcəksiz?
- Hazırlığından çox şey asılıdı. Fiziki durumunu pik nöqtəyə gətirməyə vaxtımız yoxdu. Ekstra məşqlər də verib riskə salmaq istəmirik. Oyunlarla fiziki durumunu düzəltməlidi, həm də belə oyunlarla adaptasiyasını düzəltməlidi.
- “Qarabağ”la matçda ilk zərəbəni 69-cu dəqiqədə vurdunuz...
- Rəqibdən də asılıdı. Onlar imkan vermir, keçə bilmirsən. Həddən artıq sıx oynayırlar. Nəyi düz etmədiyimizi təhlil etməliyik.
- Yeni gələnlər gedənlərin yerini doldura biləcək?
- Sabir və Kanedən danışmalıyıq. Çünki onlar əsas heyət oyunçularıdı. Çempionatın ən yaxşılarından idilər. Onları itirmək zərbə oldu. Eddi Sabir deyil.
- İki ay əvvəl Kane söhbəti olanda, demişdiz “Olimpiakos”la danışacağıq ki, bizdə qalsın. Sonra Kane mövsüm sonunadək qalacaq deyildi. Nə baş verdi ki, “Olimpiakos” onu qaytardı?
- Kane Afrika Millətlər Kubokundaydı. “Olimpiakos”la toplanış keçmədiyinə, görə fikirləşirdik ki, 90-95 faiz qayıdacaq. Söhbətlər klub rəsmiləri, agenti ilə gedirdi. Ümidli olmuşduq ki, Kane qayıdacaq. Tətilə buraxılan gün deyilsəydi, əlimizi bərk tutardıq. Son anda bizə deyildi ki, Kane qayıdır “Olimpiakos”a.
- Bundan sonra bütün fikirlərinizə kuboka yönəltmək yaxşı olmazdı?
- Biz fikrimizi kuboka yönətlsək, kuboku qazanıb 4-5-ci yeri tutsaq, kim bizi anlayacaq? Azarkeşlərin də istədiyi odur ki, hər oyunda əzmkar oynamalı və udmalısan.
- Sezar Meza Kolli meydana çıxandan sonra ən yaxşı oyunlarından birini oynadı və ayıldı. Daha tez meydana daxil etmək olardı?
- Yox, oynaya bilməzdi. Çünki ona hazır deyildi.
saytlarin hazirlanmasi