Kubok oyunlarına hakim təyinatları açıqlandı

16:14 - 10 Fevral 2022

Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunları üçün hakim təyinatları açıqlanıb.

 

Sportal.az PFL-in saytına istinadən xəbər verir ki, matçlar aşağıdakı adlara qeyd olunan hakimlərə həvalə olunub.

 

11 fevral (cümə)

18:00. “Keşlə” – “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, İnqilab Məmmədov
“ASK Arena”

 

12 fevral (şənbə)

16:00. “Sabah” – “Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Nahid Əliyev, Vüqar Həsənli
“Bank Respublika Arena”

 

13 fevral (bazar)

15:00. “Qəbələ” – “Sumqayıt”
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Fərid Hacıyev
Qəbələ şəhər stadionu

 

18:00. “Səbail” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Cavanşir Yusifov, Müslüm Əliyev, Rauf Cabarov
“ASCO Arena”

Xəbər xətti