"Xan Lənkəran"ın "Xəzər Lənkəran"a çevrilməsinin TƏFƏRRÜATLARI

18:22 - 10 Fevral 2022

"Xan Lənkəran"ın "Xəzər Lənkəran"a çevrilmə prosesinin detalları məlum olub.

Sportal.az Futbolpress.az-a istinadən xəbər verir ki, bu, klub prezidenti Pərviz Hüseynovun "Xəzər Lənkəran"ın fəxri prezidenti Mübariz Mənsimovla görüşündən sonra baş verib.

Mənsimov deyib ki, Lənkəran şəhər stadionunu da, klubun adını da "Xan Lənkəran"a verməyə razıdı. Yəni "Xan Lənkəran" istədiyi vaxt "Xəzər Lənkəran" adı ilə çıxış edə bilər.

Digər bir problem isə ondadı ki, Lənkəran şəhər stadionu sənəd üzərində Mübariz Mənsimovun qardaşı Mais Mənsimovun adına qeydiyyatdadı. Qardaşların münasibəti isə uzun müddətdi, yaxşı deyil. Stadion hüquqi baxımdan Mais Mənsimova məxsusdu və o, sənədləşmə işlərində problem yarada bilər.

Xəbər xətti