Samir Abasovdan azarkeşə: "Dilini sox qarnına"

16:33 - 12 Fevral 2022

“Neftçi” Azərbaycan kubokunun 1/4 final mərhələsində “Sabah”la qarşılaşır.

 

Sportal.az xəbər verir ki, qarşılaşmanın ilk hissəsində “Neftçi”nin baş məşqçisi Samir Abasovla azarkeş arasında qalmaqal yaşanıb.

 

Abasov tribunadan “Neftçi”nin futbolçusu Xəyal Nəcəfovu səsləyən fanata qəzəblənib. O, azarkeşə “kəs səsini”, “dilini sox qarnına” deyə, səslənib. Daha sonra matçın 4-cü hakimi Abasova yaxınlaşaraq, onu sakitləşdirib.

 

İlk hissəsi davam edən “Sabah” – “Neftçi” matçında hesab açılmayıb. (Komanda.az)

Xəbər xətti