"Sabah" - "Neftçi" matçında 3 qırmızı vərəqə

17:43 - 12 Fevral 2022

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Sabah"la "Neftçi" arasında baş tutan cavab oyununda qalmaqal yaşanıb.

 

Sportal.az xəbər verir ki, matçın 72-ci dəqiqəsində qonaqların yarımmüdafiəçisi Eddi İsrafilov meydan sahiblərinin oyunçusu Aleksey İsayevə qarşı qobud oynayıb. Daha sonra İsayev rəqibini vurub. Nəticədə 26 yaşlı futbolçu qırmızı vərəqə ilə cəzalandırırlıb.

 

Baş hakim Rəvan Həmzəzadə İsayevlə birlikdə, "Sabah"ın qapıçısı Səlahət Ağayev və baş məşqçi Musad Musayevə qırmızı vərəqə göstərib.

 

Matç hazırda "Neftçi"nin 3:1 hesablı üstünlüyü ilə davam edir.

Xəbər xətti