Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turniri davam edir.
Sportal.az xəbər verir ki, bu gün Azərbaycanın daha 5 cüdoçusu mübarizəyə başlayacaq. 90 kq çəki dərəcəsində çıxış edən Məmmədəli Mehdiyev 1/8 final mərhələsində Nadav Zuratla (İsrail) üz-üzə gələcək.
Eyni çəkidəki Rüfət İsmayılov 1/16 finalda Uşangi Margiani (Gürcüstan) ilə görüşəcək.
100 kq-da yarışan Zelim Kotsoyev 1/8 finalda Xanqal Adbatarla (Monqolustan), eyni çəkidəki Elmar Qasımov Robert Florentino (Dominikan Respublikası) ilə qarşılaşacaq.
100 kq-dan yuxarı çəkidəki Uşangi Kokauri 1/8 finalda Onise Buqadzenin (Gürcüstan) müqavimətini qırmağa çalışacaq.
"Böyük Dəbilqə"nin ilk iki günündə Azərbaycan təmsilçilərindən 73 kq-da Hidayət Heydərov qızıl, 66 kq-da Yaşar Nəcəfov gümüş medala sahib çıxıb. 60 kq-da Kəramət Hüseynov 5-ci, Balabəy Ağayev 7-ci yeri tutub. Yarışda Azərbaycanı ümumilikdə 9 cüdoçu təmsil edir.

"Böyük Dəbilqə": bu gün daha 5 cüdoçumuz mübarizəyə başlayır
şm
Oxşar xəbərlər
Digər Xəbərlər
"Şirvan" və "Qaradağ Lökbatan" qələbə qazandı, "Zəngəzur"dan heç-heçə - II Liqa
Digər Xəbərlər
"Ağstafa Gəncləri" və "Marafon"dan qələbə II Liqa
Digər Xəbərlər
"Sabah" "Neftçi"ni məğlub etdi
Digər Xəbərlər
Əliyar Ağayev Millətlər Liqası oyununa təyinat aldı
Digər Xəbərlər
Salah ölkəsinin bombardiri oldu
Digər Xəbərlər
"Sabah"ın basketbolçusu ÇL-də həftənin ən yaxşısı seçildi
Digər Xəbərlər
AFFA Ermənistan - Kipr oyununda baş verən insidentlə bağlı UEFA-ya rəsmi etirazını bildirdi
Digər Xəbərlər
