Samir Abasov: "Çalışacağıq ki, meydandan kənarda olan gərginlik komandaya hopmasın"

20:40 - 19 Fevral 2022

"Neftçi" Azərbaycan Premyer Liqasının 16-cı turunda doğma meydanda "Keşlə"ni 3:1 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb:

 

- Hesab 3:0 olduqdan sonra gənc futbolçuları meydana buraxacağınız gözlənilirdi. Amma əksini etdiniz. Bunun səbəbi nədir?

- Lazım olanda şans verəcəyik.

 

- Gənc futbolçu Ramin Nəsirlinin oyunu haqda nə deyə bilərsiz?

- Bir qol və bir oyun heç bir futbolçu üçün göstərici deyil. Məşqlərdə özünü yaxşı tərəfdən göstərmişdi, bizim etimadımızı qazanmışdı. Gənc olduğuna görə yox, layiq olduğuna görə əsas heyətdə yer aldı. Bundan sonra necə olacağını bilmirəm. Yaxşı olacaqsa, oynayacaq. Bu oyunu kənara qoyaq, Ramin çox istedadlı oyunçudur. Amma fiziki, bədən olaraq o qədər də yaxşı deyil. Bu yöndə komandamızın işçiləri ciddi işləyirlər. İstəyirik ki, fiziki cəhətdən də inkişaf eləsin.Bu uşağın üzərində işləməli çox şey var. Bu gün pis deyildi, ümumi komandanın fonunda batmamışdı. 

 

- Azər Əliyevin sağ cinahda oynamasının səbəbi nədir?

- Azər bu gün hücumda oynadı. Onunla Yusuf Lavala azadlıq vermişdik. Özlərinə demişdim ki, sizin üçün hansı cinah rahatdırsa, yerlərinizi dəyişə bilərsiz. Rahat idi deyə orada oynadı. Solda da oynaya bilir. Azərdən də çox gözləntilərimiz var. Özünə, keyfiyyətinə inanırıq. Ona sıradan oyunçu kimi baxmırıq. Koamndanın yükünü çiynində daşıya bilən futbolçulardan biridir. 

 

- Növbəti oyununuz "Sabah"a qarşı olacaq. Bu komanda ilə kubpkdakı son oyununuz gərginliklə yadda qaldı. Komandanızı oyuna necə hazırlayacaqsız?

- Çalışacağıq ki, meydandan kənarda olan gərginlik komandamıza hopmasın. Bundan uzaq olmağa çalışırıq. Biz işimizə köklənəcəyik. Bu oyuna da digər oyunlara olduğu kimi hazırlaşacağıq. 

 

- "Qarabağ"a məğlubiyyətdən sonra komanda stabil çıxş etməyə başlayıb. Bu nəticələrin davam etməsi üçün nə etmək lazımdır?

- Qeyri-adi bir dəyişiklik yoxdur. Nəyinsə dəyişəcəyinə söz də vermirəm. Öz işimizə inanırıq. Bəzi məqamlar var ki, oyundan-oyuna onları düzəltməyə çalışacağıq. Bu tempi saxlamaq istəyirik.

 

- Bu gün İvan Brkiçin əvəzinə qapıda Kamran İbrahimova şans verdiz. Onun pyununu necə dəyərləndirirsizsiz?

- 5 yerli futbolçu ilə meydana çıxmalı idik. Ona görə Kamran qapıda olmalı idi. Aqil Məmmədov zədələnəndən sonra ona güvənirik, şans veririk. Çalışacağıq əlimizdən gəldiyi qədər 2-3 oyundan bir şans verək. Rəqibə görə, situasiyaya görə Kamranı da meydana buraxa bilərik. Ondan əlavə digər qapıçımız Rza da var. Gələcəkdə ona etimadımız çoxdur. 3-4 yaxşı qapıçının olmağı pis deyil. 

 

- Romen Bask müsahibəsində bildirib ki, Samir Abbasov "Neftçi"də olduğu müddətdə komandaya gəlmərəm. Onun fikrinə münasibətiniz necədir?

- Romen Bask qayıtmaq istəsə, böyük məmnuniyyətlə onu qəbul edərəm. Çox bəyəndiyim, xoşladığım oyunçudur. Bir neçə mövqedə layiqincə oynaya bilən futbolçudur. Hər adam məni tərifləməli deyil, onun öz fikirləri var. Onun öz fikirləri var. Baskın vaxtında orta sahədə Mamadu Kane, Sabir Buqrin, Emin Mahmudov var idi. Onu gətirəndə bilirdik ki, Kane qışda və ya yayda gedəcək. Baskı buna görə hazırlayırdıq. Tələskənliyi də normaldır, oynamaq istəyir. “Havr”ın kapitanı idi, mütəmadi oynamaq istəyirdi. Ancaq Azərbaycan çempionatının ən yaxşı orta sahə oyunçuları olan komandaya gəlmişdi. Biz də dəyişmək istəmirdik. Onun maliyyəsi və digər məsələlər imkan verərsə, yayda məmnuniyyətlə gəlişinə razı olaram.

Xəbər xətti