Bu gün AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov İsveçrənin Sürix şəhərində, FIFA-nın mənzil-qərargahında beynəlxalq futbol təşkilatının prezidenti Canni İnfantino ilə görüşüb.
Sportal.az AFFA-nın saytına istinadən xəbər verir ki, görüş zamanı E.Məmmədov AFFA-nın prezidenti Rövnəq Abdullayevin adından C.İnfantinoya ötən il təşkil olunan Avropa çempionatı zamanı Bakıya təşrif buyurması və AVRO-2020-nin Bakı Olimpiya Stadionunda keçirilən İsveçrə - Türkiyə oyununu izləməsi ilə əlaqədar bir daha minnətdarlığını bildirib.
Azərbaycanda futbolun inkişafı, FIFA ilə AFFA arasında qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı müzakirələrin aparıldığı görüşdə son dövrlər ölkəmizdə həyata keçirilmiş futbol infrastrukturu layihələri barədə ətraflı məlumat verilib.
Elxan Məmmədov Azərbaycan Premyer Liqasında yaxın gələcəkdə VAR sisteminin tətbiq olunacağını bildirib və bu istiqamətdə görülmüş işlər haqqında FIFA prezidentini məlumatlandırıb.

Elxan Məmmədov FIFA prezidenti ilə görüşdü
ç
Oxşar xəbərlər
Digər Xəbərlər
"Şirvan" və "Qaradağ Lökbatan" qələbə qazandı, "Zəngəzur"dan heç-heçə - II Liqa
Digər Xəbərlər
"Ağstafa Gəncləri" və "Marafon"dan qələbə II Liqa
Digər Xəbərlər
"Sabah" "Neftçi"ni məğlub etdi
Digər Xəbərlər
Əliyar Ağayev Millətlər Liqası oyununa təyinat aldı
Digər Xəbərlər
Salah ölkəsinin bombardiri oldu
Digər Xəbərlər
"Sabah"ın basketbolçusu ÇL-də həftənin ən yaxşısı seçildi
Digər Xəbərlər
AFFA Ermənistan - Kipr oyununda baş verən insidentlə bağlı UEFA-ya rəsmi etirazını bildirdi
Digər Xəbərlər
