“Neftçi” Premyer Liqanın XVII turunda qarşılaşacağı “Sabah”la matçın hazırlığını davam etdirir.
Sportal.az xəbər verir ki, “Keşlə” ilə oyunun ertəsi bərpa məşqi edən komanda birgünlük fasilədən sonra fevralın 20-də hazırlığa başlayıb.
Bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan məşqdə əsasən toplu və taktiki çalışmalar yerinə yetirilib. Hazırlıq prosesində əməliyyat olunmuş Aqil Məmmədovdan başqa bütün futbolçular iştirak ediblər.
“Sabah” – “Neftçi” matçı fevralın 27-si saat 17:00-da “Bank Respublika Arena”da keçiriləcək.