"Neftçi"nin sabiq futbolçusu Keysuke Honda Ukraynada baş verən müharibə ilə bağlı paylaşım edib.
Sportal.az xəbər verir ki, hazırda Litva "Suduva"sında çıxış edən yarımmüdafiəçi paylaşımında bunları qeyd edib:
"İnanıram ki, müharibəni dayandırmağın yolu var, hansı ki, tariximiz ərzində bunu heç vaxt görməmişik. Amma həmin yol zorakılıq deyil. Azadlıq və bərabərliyimizi müharibəsiz əldə edə bilmərikmi? Bəs II dünya müharibəsindən nə öyrəndik? İnsan həyatından vacib heç nə yoxdur".
Honda 2020/2021 mövsümündə "Neftçi" ilə Azərbaycan Premyer Liqasında çempionluq yaşayıb.