"Neftçi" milli üzvünü Latviya klubuna icarəyə verdi - RƏSMİ

17:12 - 3 Mart 2022

"Neftçi" futbolçu Asim Əlizadəni icarəyə verib.

 

Sportal.az xəbər verir ki, anlaşmaya əsasən, “Neftçi”nin yetirməsi olan 22 yaşlı yarımmüdafiəçi mövsümün sonuna, yəni noyabrın 20-dək Latviyanın “Dauqavpils” klubunda çıxış edəcək.

 

Qeyd edək ki, “Neftçi-2”nin aparıcı futbolçularından olmuş Əlizadə əsas komandanın heyətində ötən mövsüm 1, bu mövsüm 2 rəsmi oyunda meydana çıxıb. O, U-21 milli komandamızın üzvüdür.

Xəbər xətti