"Neftçi"nin yeni transferi: "İstəyirəm ki, qollarımın sayını artırım"

10:37 - 6 Mart 2022

"Oyunun çətin keçəcəyini bilirdik. Rəqib yaxşı müdafiə olundu".

Sportal.az xəbər verir ki,bunu "Neftçi"nin futbolçusu Azər Salahlı evdə "Səbail"ə 2:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XVIII tur oyunundan sonra mətbuat konfransında deyib.

​Qarşılaşmada ikinci qola imza atan 28 yaşlı müdafiəçi qələbədə pay sahibi olduğu üçün sevindiyini bildirib: "İstəyirəm ki, üzərimdə çox çalışıb qollarımın sayını artırım".

Xəbər xətti