Azərbaycan Premyer Liqasının 19-cu turunda "Sumqayıt"ı qəbul edən "Neftçi" rəqibinə 2:1 hesabı ilə qalib gəlib.
Sportal.az xəbər verir ki, matçdan sonra "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov görüşlə bağlı danışıb:
"Birinci dəqiqədən sona qədər gərginlik hiss olunurdu. Rəqibin də haqqını vermək lazımdı. Yaxşı mübarizə apardılar, bizə problem yaratdılar. Onlar müdafidədə sıx oynayırdılar. Birinci hissədə qapılarına yaxınlaşa bilirdik. Dəqiqələr ötdükcə bu, çox çətinləşdi. Xoş olan hal odu ki, qalib gəldik. Uşaqlar əziyyət çəkdilər. Seriyamıza davam etmək istəyirik. Yolumuza davam edəcəyik.
- Kənardan baxanda elə təəssürat yaranırdı ki, sanki “Neftçi” meydana arxayın çıxmışdı. Komandada rahatlıq var idi?
- Rahatlıq deməzdim. Buna imkan vermirik. Gərginlik var idi. “Neftçi” və “Sumqayıt” arasında əvvəlki oyunlar o qədər şişirdilib ki...Şişirdilib deyəndə, həmişə keçmişə baxırıq. Qol vurduq, sonra buraxdıq. Son nöqtələr, vuruşlar bu oyunda yaxşı olsaydı, bəlkə də ilk yarıda oyunun taleyini həlkl edə bilərdik. Bunu da yavaş-yavaş aradan qaldırmağa çalışacağıq.
- Kamran İbrahimovun çıxışı barədə hansı fikirdəsiniz?
- Sabah Kamrana ehtiyacımız ola bilər. Səhvi deyiləcək, göstəriləcək özünə. O, yerli qapıçıdı. Limit məsələsi var, istifadə edirik yerli kimi. O, qarşıdakı oyunlarda da qapıda dayana bilər. Bunları təcrübə ilə aradan qaldıra bilər.
- Azər Əliyev əcnəbi futbolçu kimi oynayırdı deyə, Kamran İbrahimovu buraxmışdınız meydana? Əliyevin yerli statusunda oynamaq məsələsi nə yerdə qaldı?
- İşlərimiz çoxdu. Baş məşqçi kimi istəyim budu ki, bu, tez baş versin. Bu oyunda heç bir plan pozulmadan o oynamalı idi. Limitin qəti əlehinəyəm. Həmişə demişəm. Amma nə etmək olar, qanun belədirsə bundan çıxış yolları axtarmalıyıq. Azər məsələsini isə klubumuz daha yaxşı bilər.
Mirbağırağa