"Neftçi" Azərbaycan Premyer Liqasının XX turunda "Qəbələ" ilə qarşılaşacaq.
Sportal.az xəbər verir ki, "ağ-qaralar" bu görüşə ciddi itki ilə çıxacaq. Belə ki, müdafiəçi Mert Çelik cəza səbəbindən komandasına kömək edə bilməyəcək.
"Qəbələ", "Qarabağ" və "Sabah"la görüşlərdə sarı vərəqə ilə cəzalanan 21 yaşlı müdafiəçi XIX turun "Sumqayıt"la matçında da eyni aqibətlə üzləşərək cəzalı duruma düşüb.
Qeyd edək ki, "Neftçi" - "Qəbələ" qarşılaşması 18 mart tarixində saat 19:37-də "Bakcell Arena"da baş tutacaq,
saytlarin hazirlanmasi