Ötən mövsüm "Neftçi"də çıxış etmiş yaponiyalı futbolçu Keysuke Honda karyerasını bitirmək fikrində deyil.
Sportal.az xəbər verir ki, Litvanln "Suduva" klubundan ayrıldıqdan sonra azad agent statusunda olan 35 yaşlı yarımmüdafiəçi oynamağa davam etmək istədiyini bildirib:
“Hələ futbolçu karyeramı bitirməmişəm. Hər gün məşq edirəm, özümü formada saxlayıram. Hansı klubla nə vaxt müqavilə bağlayacağımı bilmirəm. İstənilən vaxt karyeramı bitirə bilərəm. Amma oynamağa davam etmək istəyirəm”.
Qeyd edək ki, Keysuke Honda ötən mövsümün ikinci yarısını "Neftçi"də keçirib. "Ağ-qaralar"la Azərbaycan çempionluğunu qazanan Yaponiya millisinin sabiq üzvü Azərbaycan Premyer Liqasında meydana çıxdığı 7 oyunda 2 qol vurub.
saytlarin hazirlanmasi