Azərbaycan Velosiped İdmanı Federasiyasının ilk regional nümayəndəliyi açılıb.
Sportal.az xəbər verir ki, bundan sonra İsmayıllı rayonunda velosiped idmanı üzrə bölmə fəaliyyət göstərəcək. İsmayıllı Olimpiya İdman Kompleksində yerləşən filialda yeniyetmə və gənclər peşəkar şəkildə idmanın bu növü ilə məşğul ola bilərlər.
Bundan başqa, Şamaxı Olimpiya İdman Kompleksinə baxış keçirilib və yaxın günlərdə burada da federasiyanın filialının açılması planlaşdırılır.
Regional nümayəndəliklərin açılmasında əsas məqsəd kütləviliyi təmin etmək, insanları ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi olan velosipeddən istifadəyə həvəsləndirmək, həmçinin yeniyetmə və gənclər arasında sağlam həyat tərzini təbliğ etməkdir.
Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev tərəfindən İsmayıllı filialına 6 velosiped və ehtiyat hissələri hədiyyə edilib.

İsmayıllıda federasiyanın regional nümayəndəliyi açıldı
şçm
Oxşar xəbərlər
Digər Xəbərlər
"Şirvan" və "Qaradağ Lökbatan" qələbə qazandı, "Zəngəzur"dan heç-heçə - II Liqa
Digər Xəbərlər
"Ağstafa Gəncləri" və "Marafon"dan qələbə II Liqa
Digər Xəbərlər
"Sabah" "Neftçi"ni məğlub etdi
Digər Xəbərlər
Əliyar Ağayev Millətlər Liqası oyununa təyinat aldı
Digər Xəbərlər
Salah ölkəsinin bombardiri oldu
Digər Xəbərlər
"Sabah"ın basketbolçusu ÇL-də həftənin ən yaxşısı seçildi
Digər Xəbərlər
AFFA Ermənistan - Kipr oyununda baş verən insidentlə bağlı UEFA-ya rəsmi etirazını bildirdi
Digər Xəbərlər
