UEFA "Şamaxı"nı "Keşlə"nin varisi kimi tanıdı

10:26 - 6 Aprel 2022

UEFA AFFA-nın Lisenziyalaşdırma Qrupunun “Şamaxı” klubunun “Keşlə”nin varisi kimi tanınması və “3 illik üzvlük qaydası”nın istisna edilməsi üçün müraciətini cavablandırıb.

 

Sportal.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

 

Qeyd olunub ki, UEFA-nın “Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play” qaydalarında UEFA lisenziyasının alınması üçün tələb olunan meyarlardan biri də lisenziya iddiaçısının lisenziyalaşdırma mövsümünün əvvəlində ən azı ardıcıl 3 il ərzində fəaliyyət göstərməsi və daxili yarışlarda iştirak etməsidir.

 

İstisna yanaşmanın tətbiq olunması ilə bağlı AFFA-nın müvafiq müraciəti nəzərə alınaraq, təqdim olunmuş sənədlərə əsasən UEFA-nın Klubların Maliyyə Nəzarəti üzrə Orqanı (CFCB) tərəfindən müsbət qərar qəbul edilib.

Xəbər xətti