"Neftçi" Azərbaycan Premyer Liqasının 23-cü turunda doğma meydanda "Sabah"ı 1:0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb:
- Bizim üçün hər oyun çox vacibdir. Rəqibin gücünü əksiltməyək. İkinci hissədəki gedişatı gözləyirdik. "Qəbələ" xal itirmişdi deyə, rəqibin oyuna çox ciddi yanaşacağını bilirdik. Gərgin oyun alındı. Qələbənin yaxşısı, pisi olmur. 3 xal münasibətilə futbolçularımı təbrik edirəm. Əgər müdafiədə oynamaq lazımdırsa, belə oynamalısan, canını qoymalısan. Düşünürəm ki, komandamız yetərincə yaxşı oynadı. Oyundan əvvəl ciddi itkilərimiz var idi, iki müdafiəçimiz yox idi. Layiqli qələbə qazandıq. Yolumuza davam edəcəyik, kubok oyununa hazırlaşacağıq.
saytlarin hazirlanmasi