"Neftçi" "Zirə" ilə oyunun hazırlığını başa vurdu

19:40 - 28 Aprel 2022

“Neftçi” Azərbaycan Kubokunun 1/2 final mərhələsində qarşılaşacağı “Zirə” ilə cavab matçının hazırlığını başa vurub.

 

Sportal.az xəbər verir ki, flaqman bu gün “Bakcell Arena”da oyunöncəsi son məşqə çıxıb. Hazırlıq prosesində əsasən toplu və taktiki çalışmalar yerinə yetirilib.

 

Qeyd edək ki, “Neftçi” – “Zirə” görüşü aprelin 29-u saat 20:30-da “Bakcell Arena”da keçiriləcək. Bu komandalar arasındakı ilk oyun qolsuz bitib.

Xəbər xətti