"Neftçi"nin seneqallısı "Sumqayıt"a qarşı oynamayacaq

21:25 - 28 Aprel 2022

"Neftçi" Azərbaycan Premyer Liqasının 25-ci turunda "Sumqayıt"ın qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, "ağ-qaralar" bu görüşə ciddi itki ilə çıxacaq. Paytaxt təmsilçisinin müdafiəçisi Mamadu Mbodj komandasına kömək edə bilməyəcək.

 

24-cü turun "Səbail"lə matçında (1:0) mövsüm ərzində 4-cü dəfə sarı vərəqə alan seneqallı mərkəz müdafiəçisi cəzalı duruma düşüb.

 

Qeyd edək ki, "Sumqayıt" - "Neftçi" qarşılaşması mayın 4-ü saat 20:00-da "Kapital Bank Arena"da baş tutacaq.

Xəbər xətti