"Neftçi"nin futbolçusu İsmayıl Zülfüqarlı Azərbaycan Kubokunun yarımfinalında "Zirə"yə məğlub olduqları (0:0, penaltilər - 2:4) matçdan sonra instaqram hesabında paylaşım edib.
Sportal.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi postunda bunları qeyd edib:
"Sizləri qələbə ilə sevindirmək üçün çalışdıq, ancaq qismət olmadı. Daha yaxşısı üçün çox çalışacağıq. Dəstəyiniz üçün çox sağ olun".