AFFA-nın təşkil etdiyi Yüksək Qızlar Liqasının 2021/22 mövsümünə yekun vurulub.
Sportal.az xəbər verir ki, 8 №-li İOEUGİM-in komandası liqanın qalibi olub.
Şəkinin “Nuxa” komandası mövsümü ikinci, Balakənin “Balxurma” komandası isə üçüncü pillədə tamamlayıb.
Son turun oyunlarından sonra çempion 8 №-li İOEUGİM-in komandasına Bakıda, gümüş medalları qazanan “Nuxa” və 3-cü olan “Balxurma” komandasına isə Şəkidə medallar və kubok təqdim olunub.
8 №-li İOEUGİM-in üzvü Milana Rəhimova mövsümün ən yaxşı oyunçusu, komandanın digər üzvü Rabiyə Müstafayeva isə ən yaxşı qapıçısı seçilib. Həmçinin 17 qolla mövsümün ən məhsuldar oyunçuları olan 8 №-li İOEUGİM komandasının oyunçusu Şəfəq Nəsirova və “Nuxa” komandasının üzvü Nahidə Məmmədova xüsusi mükafatla təltif edilib.
Bakıdakı mükafatlandırma mərasimində Qadın Futbolu Departamentinin rəisi Əminə Həsənova, qadın futbolçulardan ibarət A milli komandanın baş məşqçisi Siyasət Əsgərov, U-17 (qadınlar) milli komandasının baş məşqçisi Zamir Həsənov, AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və Texniki direktor Cahangir Həsənzadə iştirak edib. Şəkidəki mükafatlandırma mərasimində isə “Nuxa” və “Balxurma” komandalarına mükafatları Əminə Həsənova, Siyasət Əsgərov, qadın futbolçulardan ibarət U-19 və U-15 komandalarının baş məşqçiləri Vüqar Əsgərli ilə Nərgiz Qurbanova təqdim edib.

Yüksək Qızlar Liqasının qalibi bəlli oldu
şm
Oxşar xəbərlər
Digər Xəbərlər
"Şirvan" və "Qaradağ Lökbatan" qələbə qazandı, "Zəngəzur"dan heç-heçə - II Liqa
Digər Xəbərlər
"Ağstafa Gəncləri" və "Marafon"dan qələbə II Liqa
Digər Xəbərlər
"Sabah" "Neftçi"ni məğlub etdi
Digər Xəbərlər
Əliyar Ağayev Millətlər Liqası oyununa təyinat aldı
Digər Xəbərlər
Salah ölkəsinin bombardiri oldu
Digər Xəbərlər
"Sabah"ın basketbolçusu ÇL-də həftənin ən yaxşısı seçildi
Digər Xəbərlər
AFFA Ermənistan - Kipr oyununda baş verən insidentlə bağlı UEFA-ya rəsmi etirazını bildirdi
Digər Xəbərlər
