Qazaxıstan millisində itki: Azərbaycana qarşı oynamayacaq

15:09 - 16 May 2022

Qazaxıtan milli komandasının heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, Türküstan "Turan"ında çıxış edən Azat Nurqaliyev zədələnib.

 

35 yaşlı yarımmüdafiəçi Qazaxıstan millisinin Azərbaycanla Millətlət Liqası oyununu buraxmalı olacaq. Dizindən zədə alan təcrübəli futbolçu uzun müddət kollektivdən ayrı qalacaq.

 

Qazaxıstan C Liqasının 3-cü qrupundakı ilk oyununu iyunun 3-də “Astana Arena”da Azərbaycan millisinə qarşı keçirəcək. 

Xəbər xətti