CAS Nurlan İbrahimovla bağlı qərarın tarixini yenidən dəyişdi

İdman Arbitraj Məhkəməsi (CAS) “Qarabağ”ın sabiq mətbuat katibi Nurlan İbrahimovun UEFA-dan şikayəti ilə bağlı qərarını yenidən təxirə salıb.

 

Sportal.az xəbər verir ki, bu barədə vəkil Fərid Haqverdiyev feysbuk profilində məlumat verib.

 

O, CAS-ın müraciət üzrə cavabı 7 iyul tarixinədək uzatdığını bildirib.

 

Qeyd edək ki, UEFA Nurlan İbrahimovu 44 günlük Vətən müharibəsi zamanı feysbuk profilində ermənilərlə bağlı yazdığı statusa görə futboldan ömürlük uzaqlaşdırıb. “Qarabağ” klubu isə 100 min avro cərimələnib.

 

Nurlan İbrahimov yanvarın 19-da klubdan ayrıldığını açıqlayıb. İdman Arbitraj Məhkəməsi (CAS) onun şikayəti ilə bağlı qərarı 2021-ci il dekabrın 22-də açıqlamalı idi. Lakin bu tarix artıq neçənci dəfədir dəyişdirilir. 

Tarix: 17 May [18:32]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 İyun 2022
27  İyun 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio