Messi 2023-cü ildə bu kluba keçəcək

Uzun illər "Barselona" forması geydikdən sonra mövsümün əvvəlində PSJ-yə keçən Lionel Messi ilə bağlı yeni iddia yayılıb.

 

Sportal.az xəbər verir ki, argentinalı hücumçu karyerasını ABŞ-da davam etdirə bilər. Yerli mətbuatın yazdığına görə, 35 yaşlı futbolçu "İnter Mayami"yə transfer olacaq.

 

Messinin 2023-cü ilin yayında Devid Bekhemin prezidenti olduğu kluba keçəcəyi bildirilir. Ulduz futbolçunun həmçinin klubun səhmlərinin 35 faizini alacağı da xəbərdə qeyd olunub.

 

Lionel Messi cari mövsümdə PSJ forması ilə meydana çıxdığı 33 matçda 11 qol və 13 qol ötürməsi ilə yadda qalıb.

Tarix: 17 May [19:58]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
27 İyun 2022
26  İyun 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio