Türkiyəli futbolçu ÇSKA-da qalmayacaq

22:17 - 17 May 2022

Rusiyanın ÇSKA klubunda çıxış edən Yusuf Yazıcı mövsümün sonunda "Lill"ə qayıdacaq.

 

Sportal.az xəbər verir ki, Moskva təmsilçisi türkiyəli yarımmüdafiəçini birdəfəlik transfer etməyəcək.

 

Rusiya mətbuatının yazdığına görə, "hərbçilər" 25 yaşlı futbolçunu birdəfəlik heyətinə cəlb etmək üçün tələb olunan 12 milyon avronu ödəmək niyyətində deyil. Türkiyə millisinin üzvü icarə müddəti başa çatdıqdan sonra müqavilə ilə məxsus olduğu "Lill" klubuna geri dönəcək.

 

Yusuf Yazıcı ÇSKA-nın heyətində meydana çıxdığı 10 oyunda 8 qol və 2 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti