Məşhur futbolçu karyerasını bitirdi

22:52 - 17 May 2022

"Liverpul"un və Slovakiya yığmasının sabiq üzvü Martin Şkrtel karyerasını bitirib.

Sportal.az xəbər verir ki, bu barədə 37 yaşlı müdafiəçi instaqram hesabında məlumat yayıb. O, 20 illik karyerasını sonlandırdığını qeyd edib.

Şkrtel karyerası ərzində Rusiyada "Zenit", Türkiyədə "Fənərbağça" və "Beşiktaş" kimi klublarda çıxış edib. O, son olaraq Trnava "Spartak"ının formasını geyinib.

Xəbər xətti