Tanınmış jurnalist federasiyada işə başladı

Tanınmış jurnalist Səmayə Məmmədova Təhsil Nazirliyində işə başlayıb.

 

Sportal.az xəbər verir ki, o, feysbuk profilində bu barədə məlumat paylaşıb.

 

Səmayə Məmmədova Təhsil Nazirliyinin bir sıra layihələrinin, eləcə də, basketbol federasiyasının PR və kommunikasiya məsələləri üzrə konsultant olaraq qurumla əməkdaşlıq edəcəyini bildirib:

 

"Bu gün məni təbrik edən, xoş sözlər yazan dəyərli dostlar, hər birinizə sonsuz təşəkkür edib, məsələyə özüm aydınlıq gətirmək istəyirəm.

 

Mən təhsil naziri Emin Əmrullayevin dəvəti ilə Təhsil Nazirliyinin bir sıra layihələrinin, eləcə də, basketbol federasiyasının PR və kommunikasiya məsələləri üzrə konsultant olaraq qurumla əməkdaşlıq edirəm.

 

Nə nazirlikdə, nə də federasiyada rəsmi olaraq çalışıram. Bir daha hər birinizə minnətdaram!"

 

Qeyd edək ki, Səmayə Məmmədova daha əvvəl Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.

Tarix: 18 May [17:11]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 İyun 2022
27  İyun 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio