Azərbaycan kubokunun final oyunu rəqəmlərin gözü ilə

Bu həftə 2021/22 mövsümünə yekun vurulacaq.

 

Sportal.az xəbər verir ki, mövsüm Azərbaycan kubokunun final matçı ilə başa çatacaq. Qəbələdəki qarşılaşma ölkə kubokunda yeni cütün dueli ilə əlamətdar olacaq. İndiyədək yolları kəsişməyən rəqiblər 30-cu kubokun qalibi olmaq üçün mübarizə aparacaq.

 

Azərbaycan Kuboku

Final

27 may

17. "Qarabağ" – "Zirə"  – indiyədək qarşılaşmayıblar

 

Finalçılar Azərbaycan kubokunda ilk dəfə üz-üzə gələcək. Rəqiblər indiyədək bu turnirdə qarşılaşmayıblar.

 

“Zirə” “Qarabağ”ın kubokda 39-cu rəqibi olacaq. Ağdam klubu isə qəsəbə təmsilçisi üçün 10-cu rəqibdir.

 

Yarışın 30 illik tarixində 472 müxtəlif cüt üz-üzə gəlib. “Qarabağ” – “Zirə” bu siyahıda 473-cü olacaq

Tarix: 25 May [16:10]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 İyun 2022
27  İyun 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio