Kompani Belçika klubundan ayrıldı

21:19 - 25 May 2022

"Anderlext" baş məşqçi Vinsent Kompani ilə yollarını ayırıb.


Sportal.az xəbər verir ki, bu barədə Belçika təmsilçisinin rəsmi saytı məlumat yayıb. 36 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.


Vinsent Kompani 2020-ci ilin yayından "Anderlext"i calışdırırdı. Komanda onun rəhbərliyi altında Belçika çempionatını 3-cü pillədə başa vurub.

Xəbər xətti