Türkiyənin Qaziantep şəhərində keçirilən karate üzrə Avropa çempionatı davam edir.
Sportal.az xəbər verir ki, bu gün Azərbaycanın daha 4 karateçisi fərdi yarışlarda mübarizəyə start verəcək. Əminağa Quliyev (60 kq) 1/16 final mərhələsində polşalı Bartoş Voyçexovski ilə, Tural Ağalarzadə (67 kq) 1/32 finalda sloveniyalı Jaka Talerlə görüşəcək.
Qadınların yarışında İnci Əzizova (50 kq) 1/16 finalda latviyalı Aleksandra Mihailova ilə, Mədinə Sadiqova (55 kq) isə eyni raundda slovakiyalı Hana Kuklova ilə qarşılaşacaq.
Bu gün həmçinin Pənah Abdullayev, Rafiz Həsənov və Ayxan Mamayev də qüvvəsini sınayacaq. Onlar Rafael Ağayev və Asiman Qurbanlı ilə birlikdə Azərbaycanın kumite komandasının tərkibində vuruşacaqlar. Yığma 1/8 finalda Sloveniya - Kosovo cütünün qalibi ilə üz-üzə gələcək.
Avropa çempionatı mayın 29-da başa çatacaq. Azərbaycan yarışda 17 karateçi və 5 para-karateçi ilə təmsil olunur. Ötən gün mübarizəyə başlayan 7 idmançımız yarışı medalsız bitirib.

Avropa çempionatı: Azərbaycanın 4 idmançısı mübarizəyə başlayır
çm
Oxşar xəbərlər
Digər Xəbərlər
"Şirvan" və "Qaradağ Lökbatan" qələbə qazandı, "Zəngəzur"dan heç-heçə - II Liqa
Digər Xəbərlər
"Ağstafa Gəncləri" və "Marafon"dan qələbə II Liqa
Digər Xəbərlər
"Sabah" "Neftçi"ni məğlub etdi
Digər Xəbərlər
Əliyar Ağayev Millətlər Liqası oyununa təyinat aldı
Digər Xəbərlər
Salah ölkəsinin bombardiri oldu
Digər Xəbərlər
"Sabah"ın basketbolçusu ÇL-də həftənin ən yaxşısı seçildi
Digər Xəbərlər
AFFA Ermənistan - Kipr oyununda baş verən insidentlə bağlı UEFA-ya rəsmi etirazını bildirdi
Digər Xəbərlər
