Mane PSJ-yə keçə bilər

13:26 - 26 May 2022

"Liverpul"un hücumçusu Sadio Mane karyerasını PSJ-də davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, Paris təmsilçisi seneqallı futbolçu ilə yaxından maraqlanır. Fransızlar "Liverpul"la müqaviləsi 2023-cü ilin yayında bitəcək 30 yaşlı hücumçunu azad agent statusu ilə heyətinə qatmaq istəyir.

 

Sadio Mane karyerasını harada davam etdirəcəyi ilə bağlı yekun qərarı Çempionlar Liqasının finalında "Real"a qarşı keçiriləcək oyundan sonra verəcək.

Xəbər xətti