Joze Mourinyo tarixi uğura imza atdı

13:57 - 26 May 2022

"Roma"nın baş məşqçisi Joze Mourinyo tarixi ilkə imza atıb.

 

Sportal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis buna Avropa Konfrans Liqasının finalında "Feyenoord"u 1:0 hesabı ilə məğlub etməklə nail olub. O, hazırda UEFA-nın keçirdiyi bütün klub turnirlərinin - Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının qalibi olmuş ilk məşqçi kimi tarixə düşüb.

 

Joze Mourinyo iki dəfə Çempiolar Liqasının, ("Portu" - 2003/04, "İnter" - 2009/10), iki dəfə isə Avropa Liqasının ("Portu" - 2002/03, "Mançester Yunyated" - 2016/17) qalibi olub.

Xəbər xətti