"Qarabağ” Futbol Klubu, Gənclər və İdman Naziliyi və Suraxanı Rayon İcra Hakimiyyəti təşkilatçılığı ilə “Zəfər Kuboku” turniri keçirilib.
Futbolpress.az xəbər verir ki, "Azersun Arena"da baş tutan turnirdə 2009-2010 və 2011-2012-ci il təvəllüdlü Suraxanı məktəbliləri iştirak ediblər.
Suraxanı Rayon İcra Hakimiyyəti Əziz Əzizov turnirin təşkilində dəstəyə görə “Qarabağ” Futbol Klubuna təşəkkür edib, gənclər arasında belə yarışların keçirilməsinin vacibliyini vurğulayıb və turnirin hər il baş tutacağını bildirib.
"Qarabağ"ın baş meneceri Asif Əsgərov da yarış iştirakçılarını salamlayıb və gənclərin diqqətinin idman yarışlarına cəlb edilməsinin əhəmiyyətindən danışıb.
Qarşılaşmalardan sonra qalib komandalara kubok və mükafatlar, eləcə də "Qarabağ"ın forma və atributları təqdim olunub.
Daha sonra Əsgərov Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova xatirə hədiyyəsi təqdim edib.

"Qarabağ"ın təşkilatçılığı ilə "Zəfər Kuboku" turniri keçirildi
şç
Oxşar xəbərlər
Digər Xəbərlər
"Şirvan" və "Qaradağ Lökbatan" qələbə qazandı, "Zəngəzur"dan heç-heçə - II Liqa
Digər Xəbərlər
"Ağstafa Gəncləri" və "Marafon"dan qələbə II Liqa
Digər Xəbərlər
"Sabah" "Neftçi"ni məğlub etdi
Digər Xəbərlər
Əliyar Ağayev Millətlər Liqası oyununa təyinat aldı
Digər Xəbərlər
Salah ölkəsinin bombardiri oldu
Digər Xəbərlər
"Sabah"ın basketbolçusu ÇL-də həftənin ən yaxşısı seçildi
Digər Xəbərlər
AFFA Ermənistan - Kipr oyununda baş verən insidentlə bağlı UEFA-ya rəsmi etirazını bildirdi
Digər Xəbərlər
