FIFA Tunisin "Esperans" klubuna transfer qadağası qoyub.
Sportal.az xəbər verir ki, buna səbəb klubun "Neftçi"dən transfer etdiyi Sabir Buqrinə görə "ağ-qaralar"a ödəniş etməməsi olub.
"Esperans" qarşıdakı 3 transfer pəncərəsində heyətinə yeni futbolçu qata bilməyəcək. Klub 827 min manat məbləğində təzminatı ödədikdən sonra qadağa aradan götürülə bilər.
Buqrin bu ilin yanvarında 450 min avro qarşılığında "Neftçi"dən "Esperans"a keçib.