Pirlo "Yuventus"un futbolçusunu İstanbula gətirir

Türkiyənin "Fatih Karagümrük" klubu heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Yuventus"un yarımmüdafiəçisi Aaron Remzinin xidmətində maraqlıdır. Super Liqa klubunun baş məşqçisi Andrea Pirlo uelsli futbolçunun transferi ilə şəxsən məşğul olur. O, keçmiş oyunçusunu komandasında görmək istəyir.

 

Aaron Remzi son mövsümün ikinci yarısını icarə əsasında "Reyncers"də keçirib. 31 yaşlı yarımmüdafiəçi zədə səbəbindən Şotlandiya klubunun heyətində cəmi 10 matçda meydana çıxa bilib.

Tarix: 23 İyun [16:06]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
27  İyun 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio