"Qalatasaray"ın müdafiəçisi aşağı liqa klubuna keçir

17:20 - 23 İyun 2022

"Qalatasaray"ın müdafiəçisi Alpaslan Öztürk komandadan ayrılacaq.

 

Sportal.az xəbər verir ki, 28 yaşlı futbolçu karyerasını "Eyüpspor"da davam etdirəcək. Təcrübəli mərkəz müdafiəçisi icarə əsasında 1 il müddətində I Liqa təmsilçisində oynayacaq.

 

Alpaslan Öztürk "Qalatasaray"a 2021-ci ilin yayında "Göztepe"dən transfer olunub. O, başa çatan mövsümdə İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 16 matçda 1 qol vurub.

Xəbər xətti