"Qarabağ"dan ayrılan Patrik Andradenin yeni klubu rəsmən bəlli olub.
Sportal.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi karyerasını Serbiyanın "Partizan" klubunda davam etdirəcək. Bu barədə Belqrad təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Kape verdeli futbolçu ilə 3 illik müqavilə imzalanıb. Patrik Andrade yeni klubunda 7 nömrəli forma ilə çıxış edəcək.