Çempionlar Liqası I təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Lex" hazırlığı davam etdirir.
Sportal.az xəbər verir ki, Polşa təmsilçisi bu gün yoxlama oyununda qüvvəsini sınayıb. Poznanlılar "Poqon"la qarşılaşıb və rəqibinə 0:1 hesabı ilə məğlub olub.
Qeyd edək ki, "Lex" ilk hazırlıq matçında "Vidzev"ə 1:2 hesabı ilə uduzmuşdu.
"Qarabağ"ın "Lex"lə ilk oyunu 5 iyul tarixində Polşada baş tutacaq. Cavab görüşü isə 1 həftə sonra Bakıda keçiriləcək.
saytlarin hazirlanmasi