"Beşiktaş" heyətini yeni oyunçu ilə gücləndirmək istəyir.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Sportinq"in vingeri Jovane Kabralı heyətinə qatmaq istəyir. Bu barədə "A Bola" nəşri məlumat yayıb. Xəbərə görə, "ağ-qaralar" kabo-verdeli futbolçu üçün qarşı tərəfə 4 milyon avro təklif edib. Lissabon təmsilçisi isə 5 milyon avro tələb edir. İki klub arasında danışıqlar gedir.
Qeyd edək ki, Kabo- Verde millisinin üzvü 2017-ci ildən çıxış etdiyi "Sportinq"in əsas komandasında 96 oyunda 21 qolla yadda qalıb. O, bu ilin yanvarından "Latsio"da icarə əsasında oynayırdı.
Tarix: 23 İyun [22:37]
|
|
Müəllif: Sportal.az
|