İki cüdoçumuz Avropa çempionu oldu

23:36 - 23 İyun 2022

Xorvatiyanın Poreç şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatının ilk günün görüşləri başa çatıb.


Sportal.az xəbər verir ki, oğlanlar arasında -50 kq. çəki dərəcəsində Məhəmməd Məmişov təsəlliverici görüşdə ermənistanlı idmançı Qor Safaryan üzərində parlaq qələbə qazanaraq bürünc medalla yarışı başa vurub.

 

-55 kq. çəkidə Şahin Oruczadə finalda Serbiya təmsilçisi Matiya Yeremiklə gərgin keçən mübarizə nəticəsində qızıl medal qazanaraq çempionatın qalibi olub.


-60 kq. çəkidə Nizami İmranov final görüşündə macarıstanlı cüdoçu Adam Mayora qalib gələrək idmançılarımızın aktivinə ikinci qızıl medalı yazdırıb. 

 

Qızlar arasında -48 kq. çəkidə yarışan idmançımız Aydan Vəliyeva isə çempionatın gümüş medalçısı olub. 


İlk günün nəticəsinə əsasən cüdoçularımız çempionatda ümumi hesabda birinci yerdədir.

Xəbər xətti