Qaret Beyl yeni klubu ilə müqavilə imzaladı

11:48 - 26 İyun 2022

Madrid "Real"ından ayrılan Qaret Beylin yeni klubu məlum olub.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı vinger karyerasını ABŞ-da davam etdirəcək. Uels millisini üzvü "Los Anceles" klubuna keçib. Məlumatı MLS təmsilçisinin mətbuat xifməti yayıb.

 

Qaret Beyl yeni klubu ilə 2023-cü ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Xəbər xətti