Kişilərdən ibarət Azərbaycan millisinin üzvü Kənan Allahverdiyev açıqlama verib.
Sportal.az xəbər verir ki, Voleybol Federasiyasının mətbuat xidmətinə danışan libero İslamiadaya və Avropa çempionatının təsnifat oyunlarına hazırlıqdan söz açıb:
“İslamiadaya və Avropa çempionatının təsnifat oyunlarına hazırlığımız davam edir. Bəzi oyunçularımız sonradan bizə qoşuldular. May ayından başlayan toplanışın ilkin mərhələsində demək olar ki, bir ay ərzində əsas diqqət fiziki hazırlığa yönəldi. Hazırda düşərgədə 18 voleybolçu var və zalda toplarla komanda şəklində məşqlər edirik.
Sonuncu İslam Həmrəyliyi Oyunlarında yaxşı çıxış etdik və gümüş medalları qazandıq. İnanıram ki, bu dəfə də uğurlu çıxışı davam etdirəcəyik və Vətənə medalla qayıdacağıq. AVRO-2023-ün təsnifat oyunlarına gəlincə, orada güclü komandalarla bir qrupda mübarizə aparacağıq. Buna baxmayaq, meydançaya qələbə üçün çıxacağıq. Bütün gücümüzü meydanda qoyub azarkeşlərimizi sevindirməyi hədəfləmişik”.

Millimizin üzvü: "Meydançaya qələbə üçün çıxacağıq"
şç
Oxşar xəbərlər
Digər Xəbərlər
"Şirvan" və "Qaradağ Lökbatan" qələbə qazandı, "Zəngəzur"dan heç-heçə - II Liqa
Digər Xəbərlər
"Ağstafa Gəncləri" və "Marafon"dan qələbə II Liqa
Digər Xəbərlər
"Sabah" "Neftçi"ni məğlub etdi
Digər Xəbərlər
Əliyar Ağayev Millətlər Liqası oyununa təyinat aldı
Digər Xəbərlər
Salah ölkəsinin bombardiri oldu
Digər Xəbərlər
"Sabah"ın basketbolçusu ÇL-də həftənin ən yaxşısı seçildi
Digər Xəbərlər
AFFA Ermənistan - Kipr oyununda baş verən insidentlə bağlı UEFA-ya rəsmi etirazını bildirdi
Digər Xəbərlər
