"Qalatasaray" "Çelsi"nin futbolçusunu istəyir

Yeni mövsümdə çempionluq mübarizəsi aparmağı hədəfləyən "Qalatasaray" heyətini gücləndirmək istiqamətində fəaliyyətini davam etdirir.

 

Sportal.az xəbər verir ki, Abdulkerim Bardakçını transfer edən "cim bom" yarımmüdafiə xəttinə əcnəbi futbolçu cəlb etmək istəyir.

 

İstanbul təmsilçisinin bu mövqe üçün əsas hədəfi "Çelsi"yə məxsus olan Temue Bokayokodur. "Sarı-qırmızılar" fransalı futbolçu üçün həftə ərzində "Çelsi"yə təklif göndərəcək.

 

27 yaşlı yarımmüdafiəçi son mövsümü icarə əsasında "Milan"da keçirib. O, başa çatan mövsümdə İtaliya klubunun heyətində 18 matçda meydana çıxıb.

 

Qeyd edək ki, Temue Bokayokonun "Çelsi" ilə müqaviləsi 2023-cü ilin yayına kimidir.

Tarix: 27 İyun [15:53]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Avqust 2022
15  Avqust 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio