"Barselona"nın müdafiəçisi London yolunda

"Barselona"nın müdafiəçisi Klemen Lanqle karyerasını İngiltərədə davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, Katlaoniya təmsilçisinin baş məşqçisi Xavinin heyətdə düşünmədiyi futbolçu ilə "Tottenhem" yaxından maraqlanır. London təmsilçisi 27 yaşlı mərkəz müdafiəçisini 1 illik icarəyə götürmək istəyir.

 

Klemen Lanqle "Barselon"ya 2018-ci ilin yayında "Sevilya"dan transfer olunub. Təcrübəli müdafiəçi başa çatan mövsümdə İspaniya klubunun heyətində meydana çıxdığı 27 qarşılaşmada 1 qol ötürməsi ilə yadda qalıb.

Tarix: 29 İyun [18:33]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Avqust 2022
15  Avqust 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio