Azərbaycan MMA döyüşçüsü Nəriman Abbasov UFC ilə müqavilə imzalayıb.

 

Sportal.az xəbər verir ki, bu barədə "Gənclik Mall"da təşkil edilən mətbuat konfransında idmançı özü məlumat verib. 28 yaşlı idmançı UFC ilə 5 döyüş üçün rəsmi müqavilə imzalayıb.

 

2013-cü ildən peşəkar səviyyədə çıxış edən Abbasov AMC Fight Nights Global (AMC FNG) çempionudur.