Yeni transfer: "Neftçi" gözəl futbol oynayan komandadı"

12:38 - 10 İyul 2022

"Neftçi"nin yay fasiləsində heyətinə qatdığı Qodsvey Donyo klubun televiziyasına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, qanalı hücumçu paytaxt klubuna keçidi haqda danışıb, komandanın yeni mövsümə hazırlığını dəyərdləndirib:

 

"Əslində, "Neftçi" haqda çox məlumat eşitmişəm, çox yaxşı oyun göstərən klubdur. "Neftçi" özündə top saxlamağı bacaran, gözəl oyun nümayiş etdirən və hər dəfə meydana qələb üçün çıxan komandadır. Ötən mövsüm "Avropa Konfrans Liqasında "Neftçi"yə qarşı keçirdiyimiz matçı xatırlayıram. Onlar sözün həqiqi mənasında gözəl oyun nümayiş etdirmişdilər. Eyni zamanda, şəhəri də bəyənmişdim. Çox gözəl idi. Bütün bu amillər mənim "Neftçi"yə keçidimdə rol oynadı. 

 

Əlbəttə, bir neçə il şərəfini qoruduğum klub üçün istər-istəməz darıxırsan. Bununla belə, yeni komandaya keçəndən sonra fikrini bütünlüklə ora cəmləyirən. və oradakı məqsədlərini müəyyənləşdirirsən. Buna görə də artıq "Makkabi"b mənim üçün keçmişdə qalıb, bütün gücümü və diqqətimi "Neftçi" üçün cəmləməliyəm. 

 

Düşünürəm ki, çox yaxşı futbolçu və məşqçi heyətimiz var. Hazırlığımız öz qaydasında keçir. Əzmkarlıqla məşq edirik. Qarşıdakı rəsmi oyunumuza yaxşı hazırlaşırıq. Hər bir futbolçumuz öz üzərində yaxşı çalışır. Hamının fikri məşqlərə köklənib. Son iki ay ərzində ilk oyunumuzu keçirdik, komanda yaxşı təsir bağışladı. Demək olar ki, qarşıya qoyulan tələbləri yaxşı yerinə yetirdik. Növbəti matçlarda daha yaxşı nəticələr əldə etmək üçün öz üzərimizdə daha da çox işləməliyik.

 

Bayaq vurğuladığım kimi, “Neftçi” gözəl futbol oynayan komandadır. Dünən bunun bir daha şahidi oldum. Aşağı təzyiq tətbiq edərək topu özümüzdə saxlamağa çalışırıq. Bu, bizim ilk oyunumuz idi. Komandada yeni futbolçular var. Bir-birimizi daha yaxşı tanımaq və növbəti matçlarda yaxşı nəticələr əldə etmək üçün öz üzərimizdə çalışmalıyıq. Məncə, ən önəmli amillərdən biri komanda yoldaşlarımla yaxşı münasibətdə olmağımdır. Bura yeni gəlmişəm. Caber və Kenni ilə bir-birimizi İsraildən tanıyırıq. Onlarla yaxşı münasibətim var. Eyni zamanda, Mbodj və Yusufla tanış oldum. Onlar da mənim üçün afrikalı qardaşlarım kimidir. Hələ ki bu dörd nəfərlə daha yaxşı münasibətim var. Ümid edirəm ki, zaman keçdikcə digər komanda yoldaşlarımla da yaxşı münasibət quracağam.

 

“Neftçi” fanatlarının qarşısında oynamağı böyük səbrsizliklə gözləyirəm. Onlarla birlikdə yeni qələbələr qazanacağımıza ümid edirəm. Bilirəm ki, onlar çox heyrətamizdirlər. Azarkeşlərimiz bizi həmişə – istər yaxşı, istərsə də pis zamanımızda dəstəkləməlidirlər. Uğur qazanmağımız üçün hər zaman bir olmalı, bir çalışmalıyıq".

Xəbər xətti