Rəhman Hacıyev: "Rəqabəti sevirəm, buna hazıram"

14:57 - 10 İyul 2022

"Neftçi"nin yarımmüdafiəçisi Rəhmat Hacıyev komandanın Türkiyədəki təlim-məşq toplanışını dəyərləndirib.

 

Sportal.az xəbər verir ki, 28 yaşlı futbolçu klub televiziyasına verdiyi açıqlamada əsas heyət üzvü olmaq üçün çalışacağını deyib:

 

"Məşqlər çox yaxşı və maraqlı keçir. Sabah "Sivasspor"la oyunumuz var. Bizim üçün əsas və önəmli olan "Aris"lə matçdır. Ona görə də çox yaxşı hazırlaşırıq. Çox yaxşı kollektivimiz, məşqçilər korpusumuz var. İnanıram ki, əziyyətimizin nəticəsi yaxşı olacaq. 

 

Əsas heyət üzvü olmağıma inamım var. Hər şey mənim özümdən asılıdır. Hamımız komandanın qələbəsi üçün çalışırıq. Mən də bir peşəkar futbolçu kimi işimə ciddi və düzgün yanaşıram. Ümid edirəm ki, əsas heyətdə öz yerimi tutaram və yaxşı nəticələr qazanarıq. Həmişə demişəm ki, rəqabəti sevirəm, buna hazıram. Komandanın qələbəsi üçün yaxşı olan oynasın". 

Xəbər xətti