"Neftçi" Avropa Konfrans Liqası II təsnifat mərhələsinin ilk oyununda Kiprdə "Aris"ə 0:2 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, matçdan sonra Limassol təmsilçisinin yarımmüdafiəçisi Matiya Şpolyariç açıqlama verib. 25 yaşlı futbolçu verilən tapşırıqların öhdəsindən gəldiklərini deyib:
“Rəqibi təhlil etmişdik və yaxşı komanda olduğunu bilirdik. Qələbə qazandığımız üçün xoşbəxtik. Daha çox qol vura bilərdik. Hazırlıq mərhələsində çox çalışmışdıq. Tapşırıqların öhdəsindən gəldik”.
Qeyd edək ki, "Neftçi" ilə "Aris" arasında cavab oyunu 28 iyul tarixində Bakıda keçiriləcək.
saytlarin hazirlanmasi